KANAL24.AZ
Az Iw En Ru

Ellardays "Everton" futbolçularına şənlik qadağası qoyub

"Everton"un baş məşqçisi Sem Ellardays komanda üzvlərinin Milad və Yeni il şənliyi keçirməyəcəyini bildirib.  təcrübəli mütəxəsis hazırki vəziyyətdə bunun məqsədəuyğun olmadığını bildirib.

"Bəli, Milad şənliyinə icazə vermədim. Mən bura gəldiyim vaxt komandanın olduğu vəziyyətə görə hazırda şənliyə ehtiyac yoxdur. Oyunçulara dedim ki, Milad bayramından sonra bunun əvəzini çıxaram. Yanvarda yığışarıq, münasib vaxtda gedib bayram edərlər. Biz yaxşı duruma gəlməyənə kimi şənlik təxirə salınır. Həmin vaxt deyə bilərəm: "Uşaqlar, layiq olduğunuz istirahətdən həzz alın. Nə olursa-olsun mənə zəng edib problem çıxdığını deməyin. Çünki yerinizdən asılı olmayaraq mənimlə daha böyük probleminiz olacaq". Bir məşqçi kimi mənə futbolçuların həddən artıq şənlənməsinin sosial mediaya düşməməsi çox vacibdir. Onlar mənə görə artıq bundan imtina ediblər. Amma futbolçularıma xatırlatmaq istəyirəm ki, onlardan ən böyük tələbimin budur".


00:44 14.12.2017