KANAL24.AZ
Az Iw En Ru

Cocuq Mərcanlıda partlamamış hərbi sursat aşkar edildi

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.

 Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 15 900 (1.59 ha) ərazi tam təmizlənib, 1 ədəd partlamamış hərbi sursat (PQ-7L) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. Əməliyyatlarda 50 nəfərlik şəxsi heyət iştirak edir.

 

Cocuq Mərcanlıda 25 gün ərzində 11 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 5 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, 469 880 kvadrat metr (46.99 ha) ərazi tam təmizlənib, 236 766 kvadrat metr (23.68 ha) ərazi 20 sm dərinliyində 180 700 kvadrat metr (18.07 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. (Cəmi: 887 346 kvadrat metr (88.73 ha)).

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.


22:06 13.12.2017