KANAL24.AZ
Az Iw En Ru

1/4 finalın cavab oyunlarına hakim təyinatları

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarına bütün təyinatlar açıqlanıb. 
 
 FIFA hakimlərindən yalnız Rəhim Həsənov bu dəfə təyinat alıb. O, "Sumqayıt”la "Qarabağ” arasında qarşılaşmanı idarə edəcək.
 
"Kəpəz” – "Keşlə” oyununda ədaləti sabiq FIFA referisi Orxan Məmmədov, "Neftçi” – "Zirə” matçında Fariz Yusifov, "Səbail” – "Qəbələ” görüşündə İnqilab Məmmədov qoruyacaq.
 
Azərbaycan Kuboku
1/4 final
Cavab oyunları
 
14 dekabr
13:00. "Kəpəz” – "Keşlə”
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə şəhər stadionu
 
19:00. "Neftçi” – "Zirə”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Məlik Həsənov
8-ci km qəsəbə stadionu

21:10 13.12.2017