KANAL24.AZ
Az Iw En Ru

SOSİAL Təyyarədə həyəcanlı anlar – VİDEO

ABŞ-ın populyar loukoster aviaşirkətlərindən olan "Southwest Airlines"ın təyyarələrindən birində yaşanan olayı polis araşdırır.
 
Təyyarənin ayaqyolunda siqaret çəkən qadının qaydaları pozduğu aşkarlananda həyasızlığa başlayıb, qışqırıb, bağırıb, ətrafındakıları hədələyib.
 
"Mənə əl vurmayın! Yaxın gəlməyin! Bu uçuşda hamınızı öldürərəm! Harada ürəyim istəsə, orada siqaret çəkəcəyəm!", - qadın qışqırıb, stüardessaları və sərnişinləri hədələyib.
 
Portlend şəhərinin hava limanından səmaya qalxan və Sakramentoya uçan təyyarədəki ayaqyolunda "rahat" siqaret çəkmək üçün tüstü detektorunu sıradan çıxaran qadını zorla sakitləşdiriblər.
 
Təyyarədə 5 nəfər heyət üzvü və 136 sərnişin olub.
 
Təyyarə Sakramentoda yerə enəndən sonra polis qadını saxlayıb.
 

 

17:31 13.12.2017