KANAL24.AZ
Az Iw En Ru

Başqa kişilərlə görüşən arvadını meşəyə apararaq... - DƏHŞƏTLİ CİNAYƏT - VİDEO

Moskva ətrafı ərazidə yerləşən Skrılya kəndində dəhşətli cinayət hadisəsi baş verib.

26 yaşlı gənc öz arvadının əllərini balta ilə kəsib.

Hadisə qısqanclıq zəminində baş verib. 25 yaşlı arvadının başqa kişilərlə münasibətlərindən şübhələnən gənc ondan “qisas almağa” qərar verib. Zərərçəkənin qohumlarının sözlərinə görə, kişi arvadını meşəyə apararaq onu ağaca bağlayıb və balta ilə işgəncə verməyə başlayıb.

 

 

 

 

 

Bundan sonra kişi arvadını özü xəstəxanaya çatdırıb. Qadının üzərindəki “divan”ın nəticəsi həkimləri şoka salıb.

Moskvaətrafının 26 yaşlı sakini barəsində Rusiya Cinayət Məcəlləsinin “sağlamlığa qəsdən ağır zərər vurma” maddəsi ilə cinayət işi qaldırılıb. Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə idarənin mətbuat xidmətinin rəhbəri Tatyana Petrova şübhəlinin saxlanıldığını bildirib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onunla işləyirlər.

Şübhəli dindirmə zamanı əməlindən peşman olduğunu bildirib.

 


03:59 13.12.2017