KANAL24.AZ
Az Iw En Ru

İlham Əliyev 4 nəfərə xüsusi rütbə verdi – Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində fəaliyyət göstərən ticarət nümayəndələrinə - Əliyev Ruslan Allahverdi oğlu, Əliyev Elnur Əli oğlu, Nadiroğlu Teymur Mahmud oğlu və Nağdəliyev Nemət Zeynal oğluna ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.


00:09 13.12.2017