KANAL24.AZ
Az Iw En Ru

“CinemaPlus”da Dahi Lider haqqında film nümayiş olunacaq

Premium kinoteatr “CinemaPlus” Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin vəfatının ildönümü münasibətilə, "28 Mall" TM-də “Xüsusi təyinat” qısametrajlı sənədli filminin nümayişini keçirəcək.    

“Xüsusi təyinat” xalq artisti, əməkdar incəsənət xadimi, rejissor Vaqif Mustafayevin Dahi Lider haqqında çəkdiyi onuncu filmdir.

Bu film bir növ tarixə səyahətdir. Yeni ekran əsərində Sov.İKP MK Siyasi Bürosunun üzvü olmuş Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyətindən bəhs edilir.

Film dekabr ayının 12-də, saat 11:00-da nümayiş olunacaq. 

Giriş sərbəstdir. 


21:42 11.12.2017