KANAL24.AZ
Az Iw En Ru

Rusiya hərbi qüvvələrini Suriyadan çıxarır

Rusiya prezidenti Vladimir Putin Suriyaya səfər edib. 

V. Putini Suriya prezidenti Bəşər Əsəd, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Suriyadakı Rusiya hərbi qüvvələrinin komandanı Sergey Surovikin qarşılayıb.

Daha sonra V. Putin Rusiya aviasiyası və hərbçilərinin yerləşdiyi Hmeymim aviabazasına gedib.

Dövlət başçısı hərbçilər qarşısında çıxışı zamanı Rusiya hərbi qüvvələrinin Suriyadan çıxarılmasına başlanması barədə sərəncam verib.

"Müdafiə nazirinə, Baş Qərargah rəisinə Rusiya qoşun qruplaşmalarının çıxarılaraq daimi dislokasiya məntəqəsinə göndərilməsinin başlanılmasını əmr edirəm", - deyə Vladimir Putin çıxışında bildirib.


21:37 11.12.2017