KANAL24.AZ
Az Iw En Ru

Saakaşvilinin “pul aldığı” milyonçu hərəkətə keçdi

Ukraynalı biznesmen Sergey Kurçenko Ukrayna Prezidenti Pyotr Poroşenkonu məhkəməyə verib.

Kurçenko Poroşenkonun onun şərəf və ləyaqətini alçaltdığını bildirib. Poroşenko ilə bərabər, Kurçenko həmçinin “1+1” televiziyasını da məhkəməyə verib.

Qeyd edək ki, bundan öncə rəsmi Kiyev Mixail Saakaşvilinin Kurçenko ilə əlaqəyə girdiyini və məhz ondan aldığı pullarla Ukraynada çevriliş etmək istədiyini bildirib.

Sergey Kurçenko ukraynalı biznesmendir. O, “Qaz Ukraina” şirkəti, “UMH Qrup” mediaholdinqi və “Metalist Xarkov” klubunun rəhbəridir.

2014-cü ildə Ukraynadakı inqilabdan sonra ölkədən qaçıb və Rusiya vətəndaşlığı alıb.


20:54 11.12.2017
Xəbər lenti
Bütün xəbərlər