KANAL24.AZ
Az Iw En Ru

Qar Almaniyada hava limanlarını "iflic" etdi

ALmaniyanın bir neçə hava limanı hava şəraitinə görə reysləri təxirə salıb.

Frankfurt-Mayn hava limanında gün ərzində reyslərin gecikməsi və təxirə salınması qeydə alınıb. Sərnişinlərə hava limanına gəlməmişdən əvvəl uçuşlar barədə ətraflı məlumat almaqları tövsiyə olunub.

Günün ilk yarısında 267 aviareys təxirə salınıb, 100-ə yaxın reysdə isə gecikmələr olub.

"DPA" agentliyinin məlumatına əsasən, Köln/Bonna hava limanında 10 reys təxirə salınıb. Düsseldorfun hava limanında isə uçuşlar dayandırılıb.


06:22 11.12.2017