KANAL24.AZ
Az Iw En Ru

Bu, doğru qərardır-Nikki Heyli

ABŞ-ın İsrailin paytaxtı olaraq Yerusəlimi tanımaq qərarı sülh prosesini sürətləndirməyə kömək edəcək.

Bu haqda ABŞ BMT yanında daimi nümayəndəsi Nikki Heyli məlumat verib. Bu qərarın dünya liderləri tərəfindən tənqid olunması ilə bağlı sualı cavablandıran Nikki Heyli, “liderlər cəsarətin vacib olduğunu başa düşürlər … Bu doğru qərardır və İsrail burda istisna olmamalıdır”, – deyə o bildirib. “Biz inanırıq ki, bu, sülh prosesini sürətləndirməyə kömək edəcək … Bizim səfirliyimizə gəldikdə isə, istədiyimiz hər şeyi etməyə hər cür hüququmuz var “, – deyə amerikalı diplomat bildirib. Şərqi Qüdsün Fələstinin paytaxtı ola biləcəyini şərh edərkən, Heyli, ABŞ “iki tərəfin gəldiyi razılığa hörmət edəcək” dedi.

Xatırladaq ki, bir müddət bundan öncə ABŞ prezidenti Donald Trump Qüdsün İsrailin paytaxtı olduğunu elan edib. Trump həmçinin, ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi haqqında da sənəd imzalayıb.


05:52 11.12.2017
Xəbər lenti
Bütün xəbərlər