KANAL24.AZ
Az Iw En Ru

İsrail Türkiyə ilə 18.6 milyonluq müqavilə imzaladı

Türkiyə ilə İsrail rejimi arasında avtobus alqı-satqısı müstəvisində 18.6 milyon dollarlıq müqavilə imzalanıb.   İctimai Açıqlama Platformasının (KAP) dekabrın 6-da verdiyi açıqlamasına əsasən, Yaponiyanın ən böyük avtomobil şirkəti sayılan "Isuzu"-nun Türkiyə bölməsi "Anadolu Isuzu" İsrail rejiminin "Universal Trucks Israel Ltd" şirkəti ilə avtobus alqı-satqısı üzrə müqavilə imzalayıb.

Platforma müqavilənin dəyərinin 18.6 milyon dollar həcmində olduğunu bildirib.   Satış işlərinin 2018-ci ilin əvvəllərində başlanacağı 2019-cu ilə kimi başa çatacağı qeyd edilib.   25 müxtəlif modellərdə avtomobil istehsal edən "Anadolu Isuzu" ötən il 5240 avtomobil istehsal edib ki, bunun 660-ı xaricə ixrac edilib. 


05:03 11.12.2017
Xəbər lenti
Bütün xəbərlər