KANAL24.AZ
Az Iw En Ru

İsrailin startup şirkəti Messi ilə müqavilə imzaladı

İsrailli iş adamı Moşe Hoqeq və Tal Cohen tərəfindən, Qazaxstanlı iş adamı Kenes Rakişvın sponsorluğuyla yaradılmış Sirin Labs startup şirkəti, "Barselona" və Argentina yığmasının futbolçusu Leonel Messi ilə müqavilə imzalayıb.

Messi şirkətin yeni məhsulunu-kripto valyuta üçün nəzərdə tutulmuş smartfon-çantanı tanıtmaqda kömək edəcək.1000 dollar dəyərində olan yeni cihaz 2018-ci ildə təqdim olunacaq.Xatırladaq ki, 70 milyon dollar sərmayə qoyaraq Solarin elit smartfonu istehsal edən Sirin Labs şirkəti, 2017 ci ilin yazında, smartfonun satışdan qaldırılmasını və şirkətin üçdə bir işçisini işdən çıxarılmasınl açıqlamışdı.Dünyanın ən təhlükəsiz smartfonu kimi təqdim olunan Solarin smartfonu,həmçinin, dünyanın ən bahalı smartfonu idi.Cihazın qiyməti təxminən 15 min ABŞ dolları idi.


02:48 11.12.2017
Xəbər lenti
Bütün xəbərlər