KANAL24.AZ
Az Iw En Ru

İsrail sinaqoqu "Avropa Mirası"adı alacaq

Avropanın ən böyük yəhudi ibadət evi olan Budapeşt Böyük Sineqoqu "Avropa Mirası" adı alacaq.Bu statusu almaq, o deməkdir ki, bu obyekt ümumavropa mədəniyyət abidəsidir və Avropa İttifaqının xüsusi qorunması altındadır.

Hal hazırda "Avropa Mirası" statusuna, Niderlandın Vesterbork və Fransa və Almaniya sərhədində yerləşən Nayçveler faşist düşərgəsi də daxil olmaqla, 38 abidə layiq görülüb.Budapeştdəki Böyük Sineqoq 1850 ci illərdə Peşta məhəlləsində tikilib .Bina 3000 nəfər üçün nəzərdə tutulub.Hazırda bina yayda dini məqsədlər üçün fəaliyyət göstərir, qışda isə yaxınlıqdakı kiçik binaya köçərək fəaliyyətini orada davam etdirir.İkinci Dünya müharibəsi zamanı sineqoqu əhatə edən ərazilər yəhudi gettosuna çevrilmişdi.Sineqoqun daxili həyətində 1944 cü ilin qışında kütləvi öldürülən 2300 yəhudilərin dəfn edildiyi qardaş məzarlığı yerləşir.Sineqoqda həmçinin dünya xalqlarının qəhrəmanı, macar yəhudilərini xilas etmiş, harada dəfn olunduğu naməlum olan Raul Vallenberqin simvolik məzarı da var."Avropa Mirası"Avropa İttifaqı tərəfindən,Avropa inteqrasiyası ideyasını ifadə edən Avropanın tarixi və mədəniyyəti üçün böyük əhəmiyyət kəsb edən yerlərin tanınması üçün təşkil olunmuş layihədir.2013 -cü ildən etibarən Brüssel Avropa komissiyası hər il mükafatlandırma mərasimi keçirir.Bu ilin aprelində "Avropa Mirası"statusu 9 tarixi abidəyə verilib.


02:31 11.12.2017
Xəbər lenti
Bütün xəbərlər