KANAL24.AZ
Az Iw En Ru

Prezident 4 naziri vəzifəsindən uzaqlaşdırdı

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov kadr dəyişikliyi aparıb.

Dövlət başçısı müvafiq qərarı 2017-ci ilin 11 ayının yekunlarına həsr olunmuş iclasda qəbul edib.

Türkmənistan liderinin sərəncamı ilə işlərində yol verdikləri ciddi nöqsanlara görə sənaye naziri Amanberdi Tuyliyev, əmək və əhalinin sosial müdafiə naziri Seyidməmməd Akməmmədov, dəmiryol nəqliyyatı naziri Dəryaqulu Byaşimov, eləcə də kənd və su təsərrüfatı naziri Nursaxed Sapardurdıyevi vəzifələrindən azad ediliblər.

Q. Berdıməhəmmədovun digər sərəncamı ilə "Türkmenstandartlary"  dövlət xidmətinin rəhbəri Kərim Durdımıradovu sənaye naziri təyin edilib. Vəzifədən azad edilən digər üç nazirin vəzifəsini müvəqqəti olaraq nazir müavinləri həyata keçirirlər


02:23 11.12.2017
Xəbər lenti
Bütün xəbərlər