KANAL24.AZ
Az Iw En Ru

“Eurovision-2017”-nin qalibinə ürək köçürüldü

"Eurovision-2017” mahnı müsabiqəsinin qalibi portuqaliyalı Salvador Sobral üzərində donor ürəyin köçürülməsi əməliyyatı keçirilib.
Əməliyyat dekabrın 8-də keçirilib. Əməliyyatın uğurlu keçdiyi bildirilir.  
 
Salvador Sobral sentyabrın sonlarında reanimasiyaya yerləşdirilib. Müğənni ürəyindəki problemlərlə əlaqədar bütün konsertlərini ləğv etmişdi.   
 
S.Sobral "Amar Pelos Dois” mahnısı ilə Kiyevdə keçirilmiş "Eurovision-2017” mahnı müsabiqəsinin qalibi elan edilmişdi. 

23:54 10.12.2017
Xəbər lenti
Bütün xəbərlər