KANAL24.AZ
Az Iw En Ru

"“Oturaq qaraçı”lar 7-ci sinfə qədər təhsil alırlar" - İcra Hakimiyyəti

Qaraçı uşaqlarının çoxu təhsil almır.
 
Bunu Trend-ə Azərbaycanda qaraçıların daha çox məskunlaşdığı Yevlax rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi Fəxrəddin Zeynalov deyib.
 
O bildirib ki, çox nadir hallarda qaraçı uşaqlar arasında təhsil alan olur: "Onların bir qrupu "oturaq qaraçı"lardır. Belə qaraçılar heç olmasa, 7-ci sinfə qədər təhsil alırlar. Dilənçiliklə məşğul olan qaraçıları isə tapmaq mümkün deyil. Onların yeri yalnız hüquq-mühafizə orqanları tərəfindən cinayət törətdikdə aşkar olunur".
 
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev də Trend-ə açıqlamasında qaraçı uşaqların böyük əskəriyyətinin təhsildən kənarda qaldığını söyləyib.
 
Onun sözlərinə görə, həmin uşaqların çoxu polis orqanları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olduğu aşkarlanan uşaqlar olub.
 
2016-cı ildə polis orqanları tərəfindən dilənçiliklə məşğul olan 512 uşaq aşkarlanıb.

 


07:38 10.12.2017