KANAL24.AZ
Az Iw En Ru

Dolma UNESCO-nun siyahısına daxil edildi

Koreya Respublikasının Jeju adasında keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyasında Azərbaycanın təqdim etdiyi “Mədəni kimliyinin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi” UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Bu barədə UNESCO-nun rəsmi Tvitter səhifəsində məlumat yayılıb. UNESCO-nun qiymətləndirici orqanı tərəfindən bütün kriteriyalara dair müsbət rəy alan nominasiya faylına dair qərar dekabr 6-da elan edilib.

 

 


03:37 09.12.2017