KANAL24.AZ
Az Iw En Ru

Bahar Muradova: "Azərbaycan qanunlarında hüquqların bərabərliyi əsas götürülüb"

Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqları müəyyən istisnalarla ölkə vətəndaşlarının hüquqları kimi qorunur və bu hüquqlar qanunla müəyyən edilir.

Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan "Bərabər hüquqların təmin edilməsi üçün bərabər imkanlar: iştirakçılıq və tərəfdaşlıq" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda qəbul olunan qanunlarda hüquqların bərabərliyi əsas götürülüb: "Ölkədə dini etiqad azadlığı qorunur".

B.Muradova qeyd edib ki, ictimai-siyasi sifarişləri nəzərə almaqla qanunlarda dəyişikliklər edilir.


17:36 08.12.2017
Xəbər lenti
Bütün xəbərlər