KANAL24.AZ
Az Iw En Ru

Qənirə Paşayeva ADU-da - Foto

Milli Məclisin deputatı Qənirə Paşayeva bu gün Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə “Auditoriya+” layihəsi çərçivəsində tələbələrlə görüşüb.

Açılış nitqi ilə çıxış edən Beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Aidə Yusifzadə tədbirin “Analitik düşüncə” klubu çərçivəsində keçirildiyini xatırladıb və bu görüşün tələbələr üçün əhəmiyyətli olacağına inandığını qeyd edib.

Dövlətin, millətin inkişafının gənclərlə bağlı olduğunu söyləyən millət vəkili qeyd edib ki, Azərbaycanın güclənməsi xalqımızın güclənməsi deməkdir.

Q.Paşayeva dəyirmi masada “Azərbaycanın xarici siyasi əlaqələrinin inkişafında parlamentin rolu” mövzusunda çıxış edərək bəzi məqamlara da aydınlıq gətirib. Torpaqlarımızın işğaldan azad edilməsinin Azərbaycanın həm daxili, həm də xarici siyasətinin prioritet məsələlərindən biri olduğunu vurğulayan millət vəkili parlamentdə Dağlıq Qarabağ problemi ilə bağlı qəbul edilən qərarlar, qarşıda duran məqsədlərdən söz açıb, beynəlxalq təşkilatların bu məsələyə ikili standartlarla yanaşmasından bəhs edib.

Daha sonra millət vəkili tələbələrin sualları əsasında Milli Məclisin təhsil sahəsindəki qərarlarının mahiyyətindən danışıb.


00:09 07.12.2017