Bakıda içki məclisi zamanı orta yaşlı kişi qohumu tərəfindən bıçaqlanıb.
Hadisə Yasamal rayonunda baş verib.
1972-ci il təvəllüdlü Rzayev Fəxrəddin Allahverdi oğlu içki məclisi zamanı qohumu ilə əlbəyaxa dava edib. Nəticədə o, qohumu tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.