KANAL24.AZ
Az Iw En Ru

“Qarabağ”ın gəncləri “Roma” ilə bacarmadılar

Azərbaycan U-19 Liqasının qalibi olan “Qarabağ” komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

Ağdam təmsilçisi sonuncu turda İtaliyanın “Roma” komandasına 3:0 hesabı ilə uduzub.

Meydan sahiblərinin heyətində Zakaria Sdaiqui (19), Visente Besujen (35) və Ludoviko Dorazio (81) fərqləniblər.

Azərbaycan U-19 Liqasının çempionu olan “Qarabağ” 3 xalla qrup sonuncusu olaraq avrokubok mövsümünü başa vurub.


03:09 06.12.2017
Xəbər lenti
Bütün xəbərlər