KANAL24.AZ
Az Iw En Ru

İlham Əliyev Tailand kralına məktub göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Tailandın Kralı Maha Vaçiralonqkorna təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Əlahəzrət, Tailand Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Tailand xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".


01:18 05.12.2017
Xəbər lenti
Bütün xəbərlər