KANAL24.AZ
Az Iw En Ru

Şahmatçımızdan tarixi nəticə

FİDE şahmatçıların növbəti reytinq cədvəlini açıqlayıb.

Qrossmeyterimiz Şəhriyar Məmmədyarov yeni reytinq cədvəlində 3-cü sırada qərarlaşıb. Qrossmeyter bu haqda sosial şəbəkədə yazıb.

Bu, Azərbaycan şahmatında ilkdir. Belə ki, ilk dəfə azərbaycanlı şahmatçı FİDE-nin reytinq sıyasında bu pilləyə yüksəlib. Ş.Məmmədyarovun hesabında 2799 reytinq xalı var.

Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2837) başçılıq edir.


17:05 01.12.2017