KANAL24.AZ
Az Iw En Ru

Milli Məclis toplaşır - 2018-ci il dövlət büdcəsini təsdiq etmək üçün

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Ilk öncə iclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə olunacaq. Müzakirələrdən sonra 2018-ci ilin dövlət büdcəsinin təsdiq edilməsi gözlənilir.

Daha sonra iclasda "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2018-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasının 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri, Milli Məclisin 2018-ci il üçün xərclər smetası, Hesablama Palatasının 2018-ci il üçün xərclər smetası, o cümlədən bir sıra qanunlara və məcəllələrə əlavə və dəyişikliklər müzakirəyə çıxarılacaq.

 

Ümumilikdə Milli Məclisin bu gün keçirilən iclasında 31 məsələ müzakirə ediləcək.


16:43 01.12.2017
Xəbər lenti
Bütün xəbərlər