Beynəlxalq Şahmat Federasiyası (FİDE) dekabr ayının yeni reytinq cədvəlini açıqlayıb.
Aktivində 2837 xal olan Norveç şahmatçısı Maqnus Karlsen birinci olub. Erməni qrossmeyster Levon Aronyan 2805 xal toplayaraq ikinci pillədə qərarlaşıb.
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov 2799 xalla 3-cü yerə layiq görülüb.