KANAL24.AZ
Az Iw En Ru

“Formula-1”in pilotu Azərbaycan milli rəqsini oynadı - VİDEO

Noyabrın 29-da Bakıya gələn Azərbaycan Qran-Prisinin qalibi, "Formula-1"in pilotu Daniel Rikkardo ölkəmizin mədəniyyəti ilə tanış olmaqda davam edir.

Şəhər restoranlarının birində şam yeməyi zamanı avstraliyalı qonaq Azərbaycan milli geyimində rəqs edib.

Qeyd edək ki, "Red Bull" komandasının pilotu paytaxtımıza "Baku City Circuit"un dəvəti ilə gəlib. Pilot İçərişəhərdə gəzib və "Qarabağ" klubunun bazasında olub. Komanda ilə kiçik tanışlıqdan sonra avstraliyalı pilota baş məşqçi Qurban Qurbanov tərəfindən adı yazılan forma hədiyyə olunub. D.Rikkardo isə özünə məxsus ayaqqabıları imzalayaraq baş məşqçiyə təqdim edib.

 

Videonu izləmək üçün şəklə klikləyin:


17:10 30.11.2017