KANAL24.AZ
Az Iw En Ru

"Qarabağ"a sürpriz ziyarət: Rikkiardo gəldi

"Qarabağ" Topaz Premyer Liqasının XIV turunda "Neftçi"ylə oyunun hazırlıqlarını davam etdirir.

Ağdamlıların bugünkü axşam məşqində sürpriz qonaq iştirak edib. Formula 1 üzrə Azərbaycan qran-prisinin sonuncu qalibi, "Red bull"un pilotu Daniel Rikkiardo komandanın qonağı olub.

Komanda ilə kiçik tanışlıqdan sonra avstraliyalı pilota baş məşqçi Qurban Qurbanov tərəfindən pilotun adı yazılan forma "Qarabağ" forması hədiyyə olunub. Rikkiardo isə daha sonra özünəməxsus ayaqqabıları imzalayaraq baş Qurbanova təqdim edib.

Daha sonra futbolçularla söhbət edən Rikkiardo bir neçə dəqiqə komanda ilə birlikdə məşqdə də iştirak edib.

 


02:44 30.11.2017
Xəbər lenti
Bütün xəbərlər