KANAL24.AZ
Az Iw En Ru

Məsum öpüş uşağı öldürürdü - HERPES VİRUSU

Bir yaşlı Parker məsum bir öpüşə görə ölümdən dönüb.

“Daily Mail”in xəbərinə görə, valideynləri uşağı yüksək hərarət, dərisində qabarcıqlar və qızarıqlıq şikayəti ilə dərhal xəstəxanaya aparıblar. 2 fərqli həkim müayinəsindən keçdikdən sonra uşağın qan analizləri yoxlanılıb. Həkimlər uşaqda “herpes virus”u aşkarlayıb.

Bir həftə ərzində reanimasiyada antibiotik müalicəsi alan Parkerin həyatını xilas ediblər.

Həkimlərin sözünə görə, virus uşağa dodağında uçuq olan birindən keçib. Uşağa zamanında müdaxilə olunmasa, onun həyatını xilas etmək mümkün olmayacaqdı.


17:59 29.11.2017
Xəbər lenti
Bütün xəbərlər