KANAL24.AZ
Az Iw En Ru

Evlənmək fikirindən daşındıran qəribə adətlər - İlk gün qaynana onların yatağının kənarında oturur...

Dünyanın bir çox yerindən evlənmək fikirindən daşındıran dəhşətli adət ənənələr mövcuddur. 
 
1. Hindistan – Bu ölkədə gəlin və bəy üçün müqəddəs atəş yandırılır və ətrafına döşək qoyular. Müqəddəs atəşin ətrafına 4 dəfə dövrə vurduqdan sonra döşəkdə ilk kim otursa evdə onun sözünün keçəcəyinə inanılar.
 
2. Şimali Koreya - Burada evlənərkən qaz və ördək əhəmiyyətli bir vasitədir. Əvvəllər kürəkənlər arxalarına qaz bağlayaraq at üzərində gəlinin evinə gedərdilər. İndi onu simvolik, taxta ördək kimi istifadə edirlər.
Evlənmədən əvvəl cütlüyün evinə taxta ördək yerləşdirilir. Cütlük taxta ördəyi tərs qoyarsa dalaşdıqları, düz şəkildə qalsa yaxşı razılaşdıqları mənasını verir.
 
3. Vikinqlər - Vikinqlər dövründə gəlinlər hərracla alınırdı. Bəy namizədi qızın üzərindən bir qiymət təyin edir, qızın atası isə bazarlıq etməyə cəhd edirdi. 
 
4. Bosniya və Herseqovina - Kürəkənliyə namizəd olan oğlan qızın evinə dəvət edilir. Ailənin böyükləri evlilik haqqında mübahisə edir. Qızın ailəsindəki böyüklər kürəkən haqqında bir qərara gəldikdən sonra bəyə qəhvə ikram edilir.
 
Qəhvə duzlu və turşdursa kürəkən rədd edilmiş, şirindirsə uyğundur mənasını verir.
5. Pakistan - Kürəkən namizədi qızın ailə böyükləri tərəfindən bir imtahandan keçirilər. Ona ağla gəlməyəcək ağır təhqirlər edilir. Bəy namizəd bütün bunlara dözə və soyuqqanlı davrana bilirsə imtahandan uğurla keçmiş olar.
 
6. Quam - Amerika Birləşmiş Ştatlarının federal torpaqlarından hesab olunan Quamda bakirələrin evlənməsi qadağandır. Bunun üçün qızlar evlənməzdən əvvəl bakirəliyini pul qarşılığında bu işi görən şəxslərə pozdururlar. 
 
7. Mavritaniya -Evlənmədən əvvəl qızların çəkisinin 100 kilo olması lazımdır. Həmçinin kürəkənin ailəsi tərəfindən gəlinə davamlı yemək yedizdirilir. Əgər yemək istəməzsə gəlin cəzalandırılır.
 
8. Kolumbiya - Gəlinin anası gərdəyə girən cütlüyün yatağının kənarına oturaraq ilk cinsi əlaqələrinə şahidlik edir. 

 


21:39 27.11.2017