KANAL24.AZ
Az Iw En Ru

Ölülərin ətini bişirib dərman kimi istifadə edirlər

Yer üzündə tarix boyu ağlınıza gəlməyəcək hadisələr, təbabət üsulları, ölüm faktları, təsadüflər mövcuddur. Dünyanın müxtəlif yerlərində qəribə və fərqli hadisələr bu gün də baş verir. Tarixdə baş verən, lakin bu gün də bəzi insanların istifadə etdiyi üsullarla tanış olun.

1. “Siqaret çəkmək sizin sağlamlığınız üçün zərərlidir” yazısı ilə satılan tütün məmulatları əslində 20-ci əsrin ikinci rübünə qədər həkimlər tərəfindən dərman kimi istifadə edilməsi tövsiyə edilirdi. Hətta bunu sübut edən reklamlar belə olub. Hazırda bəzi bölgələrdə də siqareti ağrıkəsici kimi istifadə edirlər.

2. Dünya tarixində avropalılar insan cəsədlərinin sağalmaz xəstəliklərin dərmanı olduğuna inanırdılar. Bu səbəbdən də orada ölülərin ətini bişirib dərman kimi istifadə edirdilər. Bu ritual Tibetdə hələ də davam edir. Nigeriya, Yaponiya ərazilərində isə hələ də insan əti satışı davam edir.

3. Tarixi Misirdən gəldiyi iddia edilən maraqlı bir üsul daha. Ağcaqanadlardan müdafiə olunmaq üçün pəncərələrə mələfə vurmaq, kimyəvi dərmanlar yandırmağa ehtiyac yoxdur. Qollarınızı və ayaqlarınıza nazik qat bal çəkməyiniz kifayətdir ki, ağcaqanadlar sizdən uzaq dursun.

 

4. Uşaqların süd dişlərini azotun içərisində saxlayaraq maye halına gətirib laboratoriyalarda insan orqanları hazırladıqlarını artıq bilirik. Orta əsrlərdə isə ölmüş insanların nisbətən sağlam dişlərini çıxarıb onlardan yeni protezlər hazırlanırdı. Bu, bir sıra Afrika ölkələrində hələ də qalmaqdadır.

5. Alimlər iddia edir ki, insan üzü birbaşa mədə ilə bağlıdır. Hər birimizin “utanma” kimi qiymətləndirdiyimiz üz qızarması əslində mədə həssaslığının göstəricisi imiş. Belə ki, iddiaya görə, üzünüz qızaran zaman eyni anda mədəniz də qızarır və yanma hissi yaranır.

6. Gözləri açıq şəkildə asqırmaq qeyri-mümkündür. Yaponiyalı alimlər bunun əksini sübut etmək üçün eksperiment aparıblar. Göz qapaqlarını yapışqanla qaşına yapışdıran adamın burnuna qara istiot tutaraq asqırmağa vadar ediblər. Lakin gözlərini bağlaya bilmədiyi üçün asqıra bilməyib. Publika.az


17:14 27.11.2017