KANAL24.AZ
Az Iw En Ru

Formula-1: Abu-Dabi Qran-prisinin qalibi müəyyənləşdi

Noyabrın 26-da Formula-1 yarışlarının sonuncu - Abu-Dabi Qran-prisinə yekun vurulub.

Mötəbər turnirin Abu-Dabidəki “Yas-Marina” avtodromunda keçirilən mərhələsində hər biri iki pilotla təmsil olunan 10 komanda mübarizə aparıb. 

Döngələrin sayı 21 olan trasda komandalar 55 dövrə ediblər.

Uzunluğu 5554 metr olan trasda keçirilən final mərhələsində “Mersedes”in pilotları Valteri Bottas və Luis Hamilton ilk iki pillədə qərarlaşıblar. “Ferrari”nin sürücüsü Sebastian Vettel isə üçüncü olub.

 

 


04:20 27.11.2017