KANAL24.AZ
Az Iw En Ru

Sehr və cadunu eyni yolla batil etmək olarmı?

Sehr və cadu ilə məşğul olmaq dinimizdə haram sayılır. Hətta müqəddslərin hədislərində bu iş küfrə və Allaha şərik qoşmağa bərabər tutulub.

Bir kəsə sehr və cadu edilibsə, onu ilk növbədə şəriətin icazə verdiyi qaydalarla batil etməyə çalışmaq lazımdır. Bunun üçün bəzi dualar, zikrlər, ibadətlər və tilismlər nəzərdə tutulub. Əgər bu yolla sehri batil etmək alınmasa, onda eyni üsulla onu pozmağa cəhd etmək olar. Nəzərə almaq lazımdır ki, bu, son mümkün variantdır, halal yol fayda vermədikdə buna icazə verilir. Dinimizdə son dərəcə zərurət hallarında böyük ziyanın qarşısını almaq üçün harama düşmək icazəlidir. Məsələn, acından ölməmək üçün haram qida qəbul etmək olar. Eləcə də, sehr və cadu böyük ziyan vurursa, məsələn, insan həyatı təhlükə altına düşübsə, son mümkün variant kimi həmin sehri başqa sehrlə pozmaq olar.


04:13 26.11.2017