KANAL24.AZ
Az Iw En Ru

Parisdə yəhudi sinaqoqu ziyarət edildi

Səudiyyə Ərəbistanın iki keçmiş naziri Parisdə yerləşən Böyük sineqoqu ziyarət ediblər.Onları sineqoqun ravvini Moşe Sebbaq və Fransanın baş ravvini Haim Korsiya qəbul ediblər.

Söhbət hazırda Ər Riyadın Parisdəki səfiri,Ərəbistanın keçmiş təhsil naziri Xalid ibn Muhəmməd əl Anqari və Ər Riyadın Dünya ərəb liqasının Parisdəki səfiri, Ərəbisranın keçmiş Ədliyyə naziri doktor Əbdul-Kərim əl İssədən gedir.Hər iki məmur sineqoqu ilk dəfə idi ki ziyarət edirdilər.Xatırladaq ki, İsraillə Səudiyyə Ərəbistanı arasında rəsmi diplomatik əlaqələr mövcud deyil.Buna baxmayaraq, İDF- nin Baş Qərərgah rəhbəri Hadi Ayzenkot İsrailin İranla bağlı araşdırmalarını ərəb ölkələrilə, xüsusilə də Səudiyyə Ərəbistanla bölüşməyə hazır olduğunu bildirib.Qərərgah rəisi həmçinin,İsrailə heç vaxt düşmən olmayan Ər-Riyad, İran problemi barədə İsraillə qarşılıqlı anlaşa bildiyini qeyd edib.


21:33 24.11.2017
Xəbər lenti
Bütün xəbərlər