KANAL24.AZ
Az Iw En Ru

Pərvin ona baxan "Mesut" haqda: "Mən də bəyənirəm"

"Ailədə, ya da bizim sülalədə "Aktyor və müğənni olmaq istəyirəm" deyənlərin başını kəsirlər! Amma mən uşaqlıqdan bəri inadçıyam. "Ana-ata, bunu edə bilərəmmi?” soruşmuram, "Bunu edəcəyəm hazır olun!" deyirəm. Bütün sülaləmiz də bunu bilir. Bir az kişi kimiyəm. Odur ki, "Mən bu işi edəcəyəm" deyəndə qarışmadılar. Qohumlarıma da "İstəsəniz, silin məni, nə siz məni tanıyın, nə də mən sizi" dedim. Məsələn, bizim ailədə biri boşanıb yenidən evlənərsə, ona da "Sənin ərin birincidi, bunu ər hesab etmirik" - deyirlər!"

Bu sözləri azərbaycanlı aktrisa Pərvin Abıyeva deyib.

Azərbaycan və Türkiyənin birgə istehsalı olan "Yanlış Anlama" filmində rol alan aktrisa “Hurriyet.com” saytına müsahibə verib.

"Yanlış Anlama" filminin Türkiyədə keçirilən premyerasında Şövkət Çoruhun ona baxması ilə gündəmə gələn aktrisanın adı sonra Rafet El Romanla hallanmağa başlayıb. Abıyeva müsahibəsində bu məsələlərə aydınlıq gətirib, eyni zamanda azərbaycanlı kişilərin kobudluğundan şikayət edib. Müsahibədən bəzi hissələri təqdim edirik:

"Yanlış anlama" filminin Türkiyədəki qalasında Şevket Çoruhun sizə baxışları çox müzakirə olundu...

- Bəli, Şövkət bəy mənə baxırmış, amma heç hiss etməmişəm. Şövkət bəy mükəmməl aktyordur, onu çox sevirəm. "Arka Sokaklar "ı neçə ildir izləyirik, dolayısı ilə ordakı rolu ilə könlümüzdə taxt qurub. Onun mənə qarşı rəğbəti olub-olmadığını bilmirəm, hər halda şəkildəki görüntülər mənim üçün böyük şərəfdir. Xəbəri görəndə xoşbəxt oldum, çünki onun diqqətini çəkmək gözəl duyğudur.

Ailədə və ya qohumlar arasında aktyor var?

- Ailədə, ya da bizim sülalədə "Aktyor və müğənni olmaq istəyirəm" deyənlərin başını kəsirlər! Amma mənim uşaqlıqdan bəri inadçıyam. "Ana-ata, bunu edə bilərəmmi?” demirəm, "Bunu edəcəyəm hazır olun!" deyirəm. Bütün sülalə də bunu bilir. Bir az kişi kimiyəm. Odur ki, "Mən bu işi edəcəyəm" deyəndə qarışmadılar. Qohumlarıma da "İstəsəniz, silin məni, nə siz məni tanıyın, nə də mən sizi" dedim. Məsələn, bizim ailədə biri boşanıb yenidən evlənərsə, ona da "Sənin ərin birincidi, bunu ər hesab etmirik" - deyirlər!

Şəxsi həyatınızdan da danışaq. Sevgiliniz var?

- Var amma, yox kimi bir şeydir. Əgər buraya köçsəm, işə başlasam, Azərbaycanda olan hər şey orada qalacaq.

Türkiyədə yeni həyata başlayacam. Sevgilim istəsə, həyatımda qalar, istəməsə qalmaz, özü qərar verər. Həyatıma heç kimə görə istiqamət vermirəm.

Pul sizin üçün nə ifadə edir?

- Pul, əlbəttə, çox əhəmiyyətlidir. Pulun varsa, sağlam olursan, huzurun da, əmin-amanlığın da olur. Hər şey pula bağlıdır, pulun varsa, istədiyin hər şeyi ala bilərsən. Ev, maşın, hətta, sevgini belə pulla almaq olar. Pulun varsa, hər şeyə sahib olarsan.

Bəs məhəbbət sizin üçün nə deməkdir?

- Məhəbbət da çox əhəmiyyətlidir. Mən eşq qadınıyam. Sevilmək, diqqət çəkmək, əl üstündə saxlanılmaq istəyirəm. Sevdiyim insan tərəfindən sevildiyimi hiss etməsəm, qaçıram. O məhəbbəti mütləq hiss etməliyəm.

Türkiyədən yeni təkliflər varmı? Hədəfləriniz nələr?

- Mən yüksəlmək, əmin addımlarla irəliləmək istəyirəm. Bu səbəbdən də gələn təklifləri diqqətlə araşdırıram. Əsas məqsədim Azərbaycandan çıxmaq, öz ölkəmi kənarda da tanınmaqdır. Bəlkə Rafet Əl Romanın klipində çəkildim. Həmçinin serial çəkəcək, məni də dəvət etmək istəyir. Rafet bəylə uzun müddətdir ki, dostuq, tez-tez danışırıq. İnşallah olar. Türkiyədə aktyorluq təhsili alacağam, tamamilə buraya köçməyi düşünürəm.

Rafet Bəy sizə heyran ola bilərmi?

- Ola bilər. O, çox sadəlövh və romantikdir. Bəlkə mənə elə təsir bağışlayb, bilmirəm, amma ümumilikdə mehriban insandır. Məsələn, azərbaycanlı kişilər elə deyil. Onlar bir az kobud, mühafizəkar və bir qədər köhnə fikirlidir. Türk kişiləri kimi romantik deyillər.

Rafet El Romanla sevgili olduğunuz deyilir. Bu iddialar doğrudur?

- Dediyim kimi klip və bir sıra layihəsi var. Onun üçün görüşmüşdük. Mənə zəng etdi, yaxındaydı və yanıma gəldi. Bir gün sonra Vyanaya uçacağı üçün cəmi 15 dəqiqə qaldı və sonra getdi. Bizi o gün çəkən olmayıb. Şəkillərdə maşında oturan qadın mən deyildim. Yaxın zamanda bizi iş üçün birlikdə görə bilərsiniz. Amma hələlik sevgi ilə bağlı vəziyyət yoxdur.

Türkiyədə məşhurlaşmaq daha asandır?

- Güman etmirəm. Sadəcə şans mənim üzümə güldü, o qədər.

Türkiyədəki hansı aktyorları bəyənirsiniz?

- Halit Ergenç. Çox sevirəm, bəyənirəm. Şövkət Çoruh da çox dəyərli aktyordur.

Bərgüzar Korelə oxşayırsınız. Sizcə, hirslənməz?

- Məncə, onu qıcıqlandırmaz, onlar peşəkardır. Belə şeyləri vecinə almazlar.

Bəs hansı aktrisaları bəyənirsiniz?

- Rəhmətlik Oya Aydoğan çox sevirdim. O, vəfat edəndə çox ağlamışdım. Nebahat Çehrə və Bərgüzar xanımı da çox sevirəm.


17:59 24.11.2017