KANAL24.AZ
Az Iw En Ru

Natiq Qədimov dəfn edildi - Foto

Dünən infarktdan dünyasını dəyişən tanınmış jurnalist Natiq Qədimovla vida mərasimi keçirilir.

Kanal24 xəbər verir ki, cənazə mərhumun Bakıdakı C.Naxçıvani küçəsində yerləşən evindən götürülür. Mərasimdə mərhumun ailə üzvləri, yaxın dostları və tanınmış media nümayəndələri iştirak edir.

Mərhumun atası Aydın Qədimov göz yaşı içində oğlu ilə bağlı xatirələrini bölüşüb. O, oğlunun gülə-gülə öldüyünü, səhhətindən heç vaxt şikayətlənmədiyini deyib.

Natiq Qədimov 2 iyul 1976-cı ildə Bakı şəhərində anadan olub. "Ayna"-"Zekalo" qəzetlərində, eləcə də ANS-in "İç xəbər" proqramında çalışıb. Son iş yeri APA olub.

***

N. Qədimov Maştağa qəbristanlığında dəfn edilib.

 

 

 

 

 

 

 


21:28 23.11.2017
Xəbər lenti
Bütün xəbərlər