KANAL24.AZ
Az Iw En Ru

Şimal bölgəsinə 22 sm hündürlüyündə qar yağdı – YENİLƏNİB

Noyabrın 22-si gündüzdən 23-ü səhərədək Azərbaycan ərazisində müşahidə olunan faktiki hava açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,  əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində noyabrın 22-si gündüzdən 23-ü səhərədək hava şəraiti qeyri-sabit olub, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb. Şimal-qərb küləyi əsib, Bakıda və Abşeron yarımadasında və bəzi rayonlarda arabir güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında, Zabrat, Binə, Montində 1, Lənkəran-Astara zonasında 1-42, Böyük Qafqazda 2-25, Kiçik Qafqazda 6-9, Mərkəzi-Aran rayonlarında 1-9, Naxçıvan MR-da 1-4, Qazax-Gəncə zonasında 1-3 mm olub.

Qar örtüyünün hündürlüyü Sarıbaş, Xınalıqda 22, Şahdağda 21, Qusarda 6, Gədəbəydə 5, Başdaşağıl və Altıağacda 4, Daşkəsən və Kişçayda (Şəki) 2, Qubada 1 sm təşkil edib.

***

Ötən gün axşam saatlarından şimal bölgəsinə qar yağmağa başlayıb.

Rayonun Xınalıq kəndində qarın hündürlüyü 22 sm-ə çatıb. Kənd sakinləri qarın hazırda da davam etdiyini bildirib.

Ucqar dağ kəndləri ilə yanaşı, Qubanın rayon mərkəzinə də təxminən 1 sm-dək qar düşüb. 


18:15 23.11.2017
Xəbər lenti
Bütün xəbərlər