KANAL24.AZ
Az Iw En Ru

İsraildə kondisionerlər tarixə qovuşur-MÖHTƏŞƏM YENİLİK

İsrailin SolCold şirkəti enerji xərcləri olmadan binaları necə sərinlətməyin yolunu tapıb.Şirkət günəş işığına uyğunlaşdırılmış xüsusiyyətlərə malik xüsusi bir boya yaradıb.

Bu boya ilə bütün binanı boyamaq olar.Qlobal istiliklərin başlanğıcı və enerji qiymətlərinin artması ilə bağlı, mühəndislər və tədqiqatçılar havanı neçə soyutmağın yollarını araşdırırdılar.Herçlin startup şirkəti olan SolCold şirkəti elektrik istifadə etmədən binaları soyutmaq yolunu kəşf etdilər.Texnologiya lazer soyutma prinsiplərinə əsaslanan,üzərində lazerlə şüa işığı çəkilmiş boya, müəyyən bir materialın istiliyini aşağı dərəcəyə sala bilir.Lazerlə soyutma necə işləyir? Material fotonları eyni qaydada həzm edir və eyni zamanda yüksək enerji daşıyan sürətli fotonlar yayır.Bu halda enerji itməyə başlayır və materialın tempraturu aşağı düşməyə başlayır.SolColdun təsisçisi Yaron Şenhav və onun kollektivi, boyada lazer işığı əvəzinə günəş işığından istifadə ediblər.Tətbiq olunan boya iki qatdan ibarətdir ; soyumağa kömək etməyən işıq süzən xarici qat və qalan fotonları udaraq işıq verən daxili qat.Laboratoriya testləri göstərir ki, metal çatıya tətbiq edilən boya evi 10 C dərəcəyə qədər soyudur.Yeni metodun binalar üzərində sınaq tətbiqi iki il ərzində həyata keçiriləcək. Yeni boya ucuz olmayacaq:100 m2-lik sahəni örtmək, təxminən 300 dollar tutacaq.Lakin, böyük kommersiya binaları üçün enerji istehlakı və enerji xərcləri təxminən 60 faiz azalacaq.Yeni boyanın ixtiraçıları, boyanın kosmik sənayesi kimi böyük bazarlara faydalı olacağına əmindirlər.Kosmik səyahətlərdə soyutma böyük problemlərdən biridir, kosmik stansiyalarda obyektdən istilik çıxarmaq üçün hava olmur.Hal-hazırda, nəqliyyat vasitələri və kosmik stansiyalar günəş şüalarından qorunmaq üçün xüsusi parça materialından istifadə edirlər, SolCold boyası bunu əvəz edə bilər.

 

 


16:54 23.11.2017