Bakıda ahıl qadını sərnişin avtobusu vuraraq öldürüb
Yol-nəqliyyat hadisəsi Yasamal rayonunda baş verib.
Belə ki, "Şamaxinka" kimi tanınan ərazidə piyada zolağından keçmək istəyən 1963-cü il təvəllüdlü Paşayeva Şahzadə Qoçu qızını dayanacağa daxil olan 65 nömrəli sərnişin avtobusu vurub.
Faktla bağlı cinayət işi başlanılıb. Sürücü saxlanılıb