KANAL24.AZ
Az Iw En Ru

“Fikrət Sadığın xatirəsini yaşatmaq üçün adına mükafat təsis etdik” – Orxan Fikrətoğlu

 
 
Bir neçə gün bundan öncə Azərbaycan poeziyasının ən tanınmış simalarından olan, ana dilinin keşiyini son nəfəsinəcən çəkən şair Fikrət Sadığın anım günü-il mərasimi keçirildi. 
 
Şairin oğlu tanınmış yazıçı, tele-jurnalist Orxan Fikrətoğlu atasının xatirəsini yaşatmaq üçün bir neçə vacib addım atdıqlarını bildirib. Həmin addımlardan biri də şairin adına təsis edilən mükafatdı:
“Fikrət Sadıq adına mükafat təsis etmişik.  Hər il ad günündə-mayın 30-da təqdim edirik. Ötən il burinci mükafatı Qulu ağəsəsə vermişik. İkinci mükafat da həqiqətən Azərbaycan poeziyasına xidmət edən və fikrət Sadıq Aurasında olan şairə veriləcək. Ümumiyyətlə, hər il mayın 30-da bu mükafatı təqdim edərkən dediyim prinsiplərə diqqət edəcəyik. Bununla da onun adını qoruyacağıq. Çalışacağıq ki, Fikrət Sadığın ad Azərbaycan poeziyasında qalsın. Çünki Fikrət Sadıq yaradıcılığını qorumaq Azərbaycan dilinin saflığına xidmət etmək deməkdi. Burada təkcə dilin saflığı yox, həm də ideyanın saflığı da əsasdır. Ola bilər ki, sən bu dildə təmiz danışasan, amma ideyan təmiz, saf olmaz. Fikrət Sadıq da fikrin saflığını, türk beynini qoruyan bir şair idi. Bu mükafatla biz çalışacağıq ki, həmin fikri, həmin beyini və həmin adı saxlayaq”.
 
Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub. Burada ibtidai, Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirmişdir (1946). Gəncə neft kəşfiyyatının Naftalan qəsəbəsində Tərtərdə neft kəşfiyyatı sahəsində elektrik montyoru işləyib. 
1955-ci ildə Kürdəmirdə elektrik montyoru işlədiyi vaxt axşam məktəbini bitirir. Sonra ADU-nun filologiya fakültəsində təhsil alıb. (1956-1961). Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" və "Ana əli" şeirləri ilə başlayıb
Poetik yaradıcılığında bədii tərcürməyə də meyl edir. "Yumaq top", "Bir parça vətən", "Oğul" pyesləri, "Xırdaca gəlin", "Daş balkon", "İlk məhəbbət haqqında daha bir hekayə" və s. onun qələminin bəhrəsidir (1974-1983). Şamaxıda kənd müəllimi, rayon qəzeti redaksiyasında ədəbi işçi, ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru olub.

22:41 22.11.2017
Xəbər lenti
Bütün xəbərlər