KANAL24.AZ
Az Iw En Ru

5 rayonun qaytarılması ilə bağlı Putinə dedim ki... - Ərdoğan

Dağlıq Qarabağ Türkiyənin xüsusi məsələsidir. Bunu kənara qoya bilmərik.

Bunu İslam Əməkdaşlıq Təşkilatının İqtisadiyyat və Ticarət Toplantısından sonra jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Soçiyə son səfərimdə Qarabağdan danışmışdıq. Bununla əlaqədar olaraq da cənab Putin əlindən gələn nə varsa, edəcəyini o zaman söyləmişdi. Mən bu beş rayon məsələsində daha həssas olmalarını demişdim. Çünki artıq konfliktin 30 ili tamam olur. Bu işi bu bölgədə həll edəcək güc Rusiyadır. Bu gün üçtərəfli görüş olduğu üçün fürsət tapacağım halda yenidən bu problem gündəmə gətirəcəyəm. Ona görə ki, Dağlıq Qarabağ bizim xüsusi məsələmizdir. Onu kənara qoya bilmərik”, – deyə o bildirib.


22:35 22.11.2017
Xəbər lenti
Bütün xəbərlər