KANAL24.AZ
Az Iw En Ru

Bakıda avtobus yük maşını ilə toqquşdu - çox sayda yaralılar var

Bakının Qaradağ rayonu ərazisində 10 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Kanal24  Report-a istinadən xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində "Howo" markalı yük maşınının yol kənarında dayanmış 149 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusuna çırpılması nəticəsində baş verib.

Qəza nəticəsində xəsarət alanların siyahısı:

1953-cü il təvəllüdlü Qəzənfər İbrahimov
1964-cü il təvəllüdlü Rəhim Səlimov
1966-cı il təvəllüdlü Ulduz Sultanova
1970-ci il təvəllüdlü Xuraman Məmmədova
1975-ci il təvəllüdlü Ağayev İlqar
1980-ci il təvəllüdlü Ramiz Məmmədov
1982-ci il təvəllüdlü Aytəkin Məmmədova
1982-ci il təvəllüdlü Vadim Mütəllibov
1983-cü il təvəllüdlü Atayev Elnur
1996-cı il təvəllüdlü Tapdıq İsmayılov

Son iki nəfər tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digər 8 nəfərin vəziyyəti ağırdır və onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.


 


17:50 22.11.2017