KANAL24.AZ
Az Iw En Ru

Maşın bacı-qardaşı vurdu

Abşeronda avtomobil bacı-qardaş olan iki piyadanı vurub, onlardan biri keçinib.

Kanal24-ün APA-ya istinadən xəbərinə görə, “Mercedes” markalı avtomobil yolu keçən 1965-ci il təvəllüdlü Dünyamalıyev Nuşirәvan Xansuvar oğlu və onun bacısı 1957-ci il təvəllüdlü Dünyamalıyeva Qiymәt Xansuvar qızını vurub.

İkisi dә sürücü tərəfindən təcili 1 saylı şəhər xәstәxanasına gәtirilsә dә, N.Dünyamalıyev orada keçinib. Qadın isә reanimasiya şöbәsinә yerlәşdirilib.

Araşdırma aparılır. 

 

 


08:40 22.11.2017
Xəbər lenti
Bütün xəbərlər