KANAL24.AZ
Az Iw En Ru

Paşayeva milli mükafata layiq görüldü – Foto

Millət vəkili Qənirə Paşayeva qanunvericilik işində fəallığına və gənclərə göstərdiyi diqqətə görə “Gənclərin dostu” Milli Mükafatına layiq görülüb.

Təşkilat tərəfindən mükafata layiq görüldüyünə görə təşəkkürünü bildirən millət vəkili çıxışında Azərbaycanda gənclər siyasəti ilə bağlı görülən işlərdən danışıb.

O bildirib ki, dövlət başçısı hər zaman gəncləri maraqlandıran, onları narahat edən problemlərlə maraqlanır, görüşlər keçirir və bu istiqamətdə öz tövsiyə və tapşırıqlarını verir.

Bu istiqamətdə bundan sonra da fəaliyyətini davam etdirəcəyini deyən millət vəkili Gənclər Mərkəzi İctimai Birliyinə böyük uğurlar diləyərək gəncləri Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb.


01:22 22.11.2017