KANAL24.AZ
Az Iw En Ru

Şahin Mustafayev: “Növbəti ildə yeni iş yerləri açılacaq”

“Ölkəmizdə çoxlu sənaye parkları yaradılıb və yenilərini yaratmaq istiqamətində işlər davam edir”.

Bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

Nazir növbəti ildə Mingəçevir Sənaye Parkında 5 mindən çox yeni iş yeri açılacağını deyib:

“Növbəti ildə Neftçala Sənaye Parkında bir sıra sənaye müəssisələri yaradılacaq. Həmçinin, Hacıqabulda, Sabirbadda sənaye müəssislərinin yaradılması nəzərdə tutulub. Xalçaçılığın xammal bazasını yaratmaq üçün Sumqayıtda yun və boya fabriki qurulacaq. 2018-2021-ci illərdə ümumilikdə qeyri-neft sektorunda artım 10,3 faiz planlaşdırılır. Aqrar sektorun inkişafında isə aqro-parkların yaradılması mühüm yer tutur. Bununla bağlı ciddi işlər nəzərdə tutulub”.

Nəqliyyat sektorunda beynəlxaq yük daşınmalar haqqında danışan nazir bildirib ki, bu sahədə artım müşahidə edilib. Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində 7 milyon ton yük daşınıb:

"Neft daşımalarında 19, qeyri-neft məhsullarının daşınmasında 21 faiz artım baş verib. Bakı-Tiflis-Qars dəmiryolunun açılması isə tarixi hadisədir. Bu yüklərin həcmini əhəmiyyəti dərəcədə artıracaq və əlavə imkanlar yaradacaq”.

Ş.Mustafayev növbəti ilin yol infrastrukturu layihələri haqqında da danışıb:

“Növbəti ildə Gəncədən Gürcüstana olan yol təmir olunacaq, habelə Ələt-Astara şosesinin tikintisi başa çatdırılacaq.Yol infrastru Gəncədən-Gürcüstana avtomobil yolunun salınması, Ələt-Atara tikintisinin başa çatdırılması, Abşeron yarmadasının, Bakı kəndlərinin dəmir yolları və şoselərinin yaradılması, təmiri aparılacaq. Ələt limanının tikintisi 2018 birinci rübündə başa çatdırılacaq, azad iqtisadi zona yaradılacaq”.

Nazir onu da vurğulayıb ki, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması nəticəsində son 24 ay ərzində cəmi 127 yoxlama keçirilib. Ş.Mustafayev onu da vurğulayıb ki, növbəti ildə əsas kapitallı investisiyaların 15.9, xarici əsaslı 7.7, daxili əsaslı investisiyaların 1.2 milyard artımı gözlənilir.

“Həmçinin turzim sektorunda gəlirlər 6.6 faiz, rabitə sahəsində 5.1, artımı proqnozlaşdırılır. Növbəti ildə 130 milyon manat güzəştli kreditlərin verilməsi nəzərdə tutulub”.


21:31 21.11.2017