KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda bazar günü yol qırğını – 8 NƏFƏR ÖLDÜ

Bazar günü Azərbaycanda baş vermiş yol qəzalarında 8 nəfər ölüb. Lent.az xəbər verir ki, dünən ölkədə ümumilikdə 14 ağır yol qəzası baş verib. Bu qəzalar nəticəsində daha 23 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Dünən Siyəzəndə “Mercedes” markalı minik avtomobilinin işıq dirəyinə çırpılması nəticəsində ər və arvadı ölüb. Ağstafada avtomobil 8 yaşlı oğlanı vurub öldürüb. Göygöl, İmişli, Qazax və Sabirabadda avtomobillərin toqquşması ölümlə nəticələnib. Yevlaxda isə 65 yaşlı piyada “Toyota”nın altında qalaraq ölüb.


20:07 20.11.2017
Xəbər lenti
Bütün xəbərlər