KANAL24.AZ
Az Iw En Ru

Lavrov Heydər Əliyevin məzarını ziyarət etdi

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarına əklil qoyub.

Kanal24 xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb. Agentlik Rusiya nümayəndə heyətinin Zərifə Əliyevanın məzarını da ziyarət etdiyini bildirib.

Lavrovla bərabər Heydər Əliyevin məzarını Qriqori Karasin, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da ziyarət edib.

Qeyd edək ki, Lavrov dünən Bakıya gəlib. O, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.


18:42 20.11.2017