KANAL24.AZ
Az Iw En Ru

Yasamalda yanğın: 23 nəfər təxliyə olundu

Paytaxtda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Kanal24 FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 8 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı 23 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


02:29 19.11.2017
Xəbər lenti
Bütün xəbərlər