KANAL24.AZ
Az Iw En Ru

Bakıda qəfil dönmə əməliyyatı edən maşın qəzaya səbəb olub

Bakının Nəsimi rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Əhmədov Ədalət Çingiz oğlu idarə etdiyi "Mercedes" markalı avtomibillə Səməd Vurğun küçəsində hərəkətdə olarkən qəfil sola dönmə əməliyyatı edib.

 

Bu zaman arxadan gələn Zeynalov Ələkbər Bəhruz oğlu BMW markalı avtomobillə "Mercedes"ə çırpılıb. Nəticədə BMW ağaca dəyərək dayanıb. Qəza zamanı "Mercedes"də olan sərnişinlərdən biri xəsarət alıb. Zərbənin təsirindən avtomobillər yarasız vəziyyətə düşüb.
Hadisə yerində polis əməkdaşları tərəfindən müayinələr aparılıb. Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib.


17:16 17.11.2017
Xəbər lenti
Bütün xəbərlər