KANAL24.AZ
Az Iw En Ru

Yasamalda ara küçədən sürətlə əsas yola çıxan avtomobil iki maşına çırpılıb

Paytaxtın Yasamal rayonu ərazisində xəsarətlə nəticələnən zəncirvari qəza baş verib.

Orxan Kərimov idarə ediyi "Lifan" markalı avtomobillə Zivərbəy Əhmədbəyov küçəsindən "20 Yanvar" metrostansiyası istiqamətində hərəkətdə olarkən Emin Eyvazovun sükanı arxasında olduğu "VAZ-21014" yüksək sürətlə ara küçədən əsas yola çıxaraq "Lifan"ın arxa hissəsinə çırpılıb.

 

"VAZ-21014" ardınca yol kənarında dayanan digər bir nəqliyyat vasitəsinə dəyərək dayanıb. Qəza zamanı avtomobillər yarasız vəziyyətə düşüb. "VAZ"da olan sərnişinlərdən biri xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerində olan polis əməkdaşları sürücülərin izahatını alıb. Avtomobillər cərimə meydançasına aparılıb. Faktla əlaqədar araşdırmalara başlanılıb


17:14 17.11.2017